AZ

“Avroviziya” qalibindən Türkiyə ilə bağlı hər kəsi təəccübləndirən PAYLAŞIM - FOTOLAR

"Avroviziya - 2026" mahnı müsabiqəsinin qalibi olan Bolqarıstan təmsilçisi Dara çempionluğundan sonra Türkiyəyə xüsusi mesaj göndərib.

Musavat.com "Haberler.com" portalına istinadən xəbər verir ki, türk pərəstişkarlarına təşəkkür edən Dara, türk dilini öyrənməyə çalışdığını bildirib və “Həyat yoldaşım türkdür, ona görə də gəlməmək olmazdı” ifadələri ilə diqqət çəkib.

“Türkiyəyə təşəkkür edirəm. Tezliklə yenidən gəlməyi çox istəyirəm. Həyat yoldaşım türkdür, ona görə də gəlməmək olmazdı. Vaxtım olduqca, demək olar ki, hər həftə bir az türk dili öyrənirəm. Gələn dəfə məndən müsahibə alanda sizi daha çox cümlə ilə təəccübləndirə bilərəm”.

Həyat yoldaşının türk olduğunu bildirən və türk dilini öyrənməyə çalışdığını açıqlayan Daranın bu sözləri qısa müddətdə türk pərəstişkarlarının böyük marağına səbəb olub. 

Qeyd edək ki, Bolqarıstan təmsilçisi Dara Avstriyada keçirilən "Avroviziya - 2026"da "Bangaranga" rəqs mahnısı ilə birincilik qazanıb.

Jüri və tamaşaçı səsverməsinin nəticələrinə əsasən 516 xal toplayan Dara müsabiqədə böyük fərqlə qalib gəlib. İsrail 343 xalla ikinci, Rumıniya isə 296 xalla üçüncü yerdə qərarlaşıb.

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr