AZ

Ramal Əliyev nüfuzlu mükafata layiq görüldü » AzadMedia.az

Ramal

Bakı, 17 may - Azadmedia.az

“Bioplast Azərbaycan” MMC-nin və “Makro İnşaat” interyer mağazasının təsisçisi və rəhbəri Ramal Əliyev “Crystal Awards” mükafatına layiq görülüb.

Uzun illərdir sahibkarlıq və media sahəsində aktiv fəaliyyəti ilə seçilən Ramal Əliyev bu mükafata biznes idarəçiliyi, ictimai fəaliyyəti və sosial məsələlərə verdiyi töhfələrə görə layiq görülüb.

Belə ki, Ramal Əliyev artıq 9 ilə yaxındır “Bioplast Azərbaycan” MMC-yə rəhbərlik edir. Şirkət maye divar kağızlarının istehsalı, satışı, eləcə də Ukrayna və İrandan idxalı istiqamətində fəaliyyət göstərərək ölkə bazarında özünəməxsus yer tutub. Müasir yanaşma, operativ xidmət və keyfiyyətli məhsulları ilə “Bioplast Azərbaycan” MMC müştəri məmnuniyyətini qazanmağı bacarıb.

Bununla yanaşı, Ramal Əliyev Hesabatinfo.az xəbər portalının baş redaktoru, Jurnalistlər Birliyinin üzvü, sosial və ailə məsələləri üzrə araşdırmaçı-ekspert kimi də fəaliyyət göstərir. O, eyni zamanda müxtəlif televiziya kanallarında milli-mənəvi dəyərlərin qorunması, sosial və ailə problemləri ilə bağlı mövzularda ekspert qismində çıxış edir.

Qeyd edək ki, “Crystal Awards” mükafatı Ramal Əliyevin həm sahibkarlıq, həm də ictimai fəaliyyət sahəsində göstərdiyi uğurların növbəti təsdiqi kimi dəyərləndirilir.

Seçilən
31
1
azadmedia.az

2Mənbələr