AZ

Bu gün urbanizasiya yeni standartların ciddi təzyiqi altındadır - Tomas Taraba

Slovakiya Avropa İttifaqında su idarəçiliyi sahəsində böyük təcrübəyə malik ölkə kimi çox yaxşı tanınır. Biz hələlik su qıtlığını hiss etmirik, həmçinin şəhərlərə yüksək keyfiyyətli suyun necə çatdırılması ilə bağlı böyük təcrübəmiz var.

Trend xəbər verir ki, bu fikirləri Slovakiyanın Baş nazirinin müavini və ətraf mühit naziri Tomas Taraba WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Slovakiyanın prioriteti məhz bu sahədə biliklərini bölüşmək, icmaları dəstəkləmək və su idarəçiliyi baxımından kifayət qədər resursların təmin olunmasına töhfə verməkdir.

"Buna görə də bizim üçün əsas prioritet su siyasətini beynəlxalq münasibətlərin bir hissəsinə çevirməkdir".

T.Taraba vurğulayıb ki, Azərbaycan ilə Slovakiyanın yaxşı münasibətləri var:

"İqlim məsələsi bizim üçün həqiqətən yüksək prioritetdir və beynəlxalq münasibətlər xüsusilə iqlim dəyişikliyi kimi məsələlərdə yalnız əməkdaşlıq yolu ilə inkişaf etdirilə bilər. Hər bir ölkə üçün ayrıca və tək həll yolu ola bilməz. Biz bu problemlərin öhdəsindən yalnız birlikdə gələ bilərik. Bu gün urbanizasiya yeni standartların ciddi təzyiqi altındadır. Biz Avropa İttifaqında standartları xeyli artırırıq, lakin Slovakiya sağlam məntiqə əsaslanan ölkədir və biz açıq şəkildə deyirik ki, hər həll yolu faydalı deyil. Çünki çox vaxt yalnız bəzi iqlim siyasətlərindən danışdığımız üçün dünyada yoxsul insanlar yaradırıq. Buna görə də düzgün balans tapmaq lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
37
1
olaylar.az

2Mənbələr