AZ

Şəhərlərin gələcəyi iqlim siyasəti ilə bağlıdır Anar Quliyev

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Yeni Şəhər Gündəliyi təkcə aktuallığını qoruyub saxlamır, həm də mühüm əhəmiyyət daşıyır. 

Modern.az xəbər verir ki, bu fikirləri WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən WUF13 çərçivəsində “Yeni Şəhər Gündəliyi (NUA) üzrə Nazirlər Görüşü - Bağlanış Sessiyası”nda deyib.

Onun sözlərinə görə, New Urban Agenda - səmədin qəbulundan 10 il sonra və icra prosesinin yarı mərhələsində biz bir daha görürük ki, şəhərlərimizin üzləşdiyi çağırışlar daha mürəkkəb xarakter alır. Buna uyğun olaraq, ambisiyalarımız da daha güclü olmalıdır.

“Bugünkü milli bəyanatlar və tematik panellər zamanı bir mesaj ardıcıl şəkildə vurğulandı: mənzil məsələsi şəhər siyasətlərimizin və siyasi öhdəliklərimizin mərkəzində qalmalıdır.

Eyni zamanda, bugünkü dialoq bir daha təsdiqlədi ki, mənzil gündəliyini iqlim gündəliyindən ayrı təsəvvür etmək mümkün deyil. Bizim necə tikməyimiz, harada tikməyimiz və şəhərlərimizin necə böyüməsi yalnız şəhər rifahını deyil, həm də iqlim gələcəyimizi müəyyən edəcək”.

A.Quliyev həmçinin vurğulayıb ki, mənzil şəhər inkişafı ilə iqlim fəaliyyəti arasında ən aydın görünən kəsişmə nöqtələrindən biridir. 

“Dayanıqlı mənzillər icmaları daşqınlardan, isti dalğalarından, quraqlıqdan və dəniz səviyyəsinin qalxmasından qoruyur. Enerji səmərəli binalar emissiyaları azaldır və aşağı karbonlu şəhərlərə keçidi dəstəkləyir. Kompakt şəhər planlaşdırılması, yaşıl mobillik və təbiət əsaslı həllər həm ekoloji dayanıqlığı, həm də həyat keyfiyyətini yaxşılaşdırır. Məhz buna görə şəhər və iqlim gündəliklərinin əlaqələndirilməsi vacibdir.

Bununla yanaşı, müzakirələrimiz qarşıdakı illərdə daha böyük qlobal diqqət tələb edən başqa bir məsələni də ön plana çıxardı: sağlam şəhər mühiti. Sağlam və dayanıqlı şəhər həyatı yalnız ekoloji məsələ deyil, həm də ictimai sağlamlıq, şəhər ədaləti və həyat keyfiyyəti məsələsidir”.

Milli koordinator onu da əlavə edib ki, şəhərlərimizi necə layihələndirməyimiz, mobilliyi necə planlaşdırmağımız, torpaqdan istifadəni necə idarə etməyimiz və mənzil modellərini necə formalaşdırmağımız insanların gündəlik həyatına birbaşa təsir göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
modern.az

1Mənbələr