Footbal-plus saytına istinadən ain.az xəbər verir.
Birinci liqada elitaya vəsiqə uğrunda pley-off oyununda iştirakla bağlı gərginlik son həddə çatıb. Artıq “Şəfa”nın çempion kimi premyer-liqaya vəsiqə qazandığı bəllidi. İndiki durumun qəribəliyi ondan ibarətdi ki, 1-ci liqada 2-ci yeri tutmağa, deməli, həm də “Qəbələ” ilə pley-off oyununa çıxmağa üç iddiaçı var. Əvvəlcə turnir cədvəlindəki duruma nəzər salaq:...2. Səbail 26 14 8 4 51-19 573. Mingəçevir 26 14 6 6 51-26 484. Baku Sportinq 26 13 9 4 39-22 485. Şahdağ Qusar 26 12 6 8 35-25 42Sonuncu – 27-ci turun mayın 22-də keçiriləcək oyunlarında “Şahdağ Qusar” “Baku Sportinq”i, “Mingəçevir” “Səbail”i qəbul edəcək. “Mingəçevir” – “Səbail” oyununun qalibi pley-offda “Qəbələ” ilə qarşılaşacaq. Bu oyunda heç-heçə olacağı təqdirdə “Baku Sportinq” “Şahdağ Qusar”a qalib gəlsə, elitaya bir addım yaxınlaşacaq. Hər iki matç heç-heçə bitsə, Adil Şükürovun “dənizçilər”i “Qəbələ”nin rəqibi olacaq. Onu da xatırladaq ki, hər iki oyun mayın 22-si, saat 17.00-da start götürəcək.MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.