AZ

Pyatiqorskda yanacaqdoldurma məntəqəsində partlayış: 6 yaralı var - VİDEO

Rusiya Federasiyasının Pyatiqorsk şəhərində yanacaqdoldurma məntəqəsində (AZS) partlayış baş verib.

Bizim.Media xəbər verir ki, hadisə qazdaşıyan avtomobilin boşaldılması zamanı qeydə alınıb.
 

Məlumata görə, ilkin səbəb kimi təhlükəsizlik qaydalarının pozulması göstərilir. Partlayışdan sonra baş verən yanğın təxminən 1000 kvadratmetr sahəni əhatə edib.


İlkin məlumatlara əsasən, hadisə nəticəsində 2 nəfər xəsarət alıb, onlardan biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Daha sonra isə yaralıların sayı 6 nəfərə yüksəlib.

Hadisə yerində təcili xidmət və mütəxəssislər işləyir, yanğının tam söndürülməsi və vəziyyətin stabilləşdirilməsi istiqamətində tədbirlər görülür.




Bizim.Media

Seçilən
16
bizim.media

1Mənbələr