AZ

İsraildən Livana zərbə: 3 minə yaxın insan ölüb

Martın 2-dən İsrail Müdafiə Ordusunun Livana endirdiyi zərbələr nəticəsində 2988 nəfər həlak olub.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin "X" sosial şəbəkə hesabında yayılan bəyanatında deyilir. "Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri öldürülən vətəndaşların ümumi sayı 2 988-ə, yaralıların sayı isə 9 210-a çatıb", - qurumun bəyanatında bildirilir. Qeyd olunur ki, son sutka ərzində Livanda İsrail Hərbi Hava Qüvvələrinin ölkənin cənub və cənub-şərq bölgələrinə endirdiyi zərbələr zamanı azı 37 nəfər həlak olub, daha 222 nəfər isə yaralanıb.

Seçilən
23
2
bakivaxti.az

3Mənbələr