AZ

"Liverpul"un əfsanəsi Premyer Liqaya qayıdır

İngiltərənin "Koventri Siti" klubu Premyer Liqaya vəsiqə qazandıqdan sonra heyətini təcrübəli simalarla gücləndirməyi planlaşdırır.

Fanat.Az  "Football Insider" portalına istinadən xəbər verir ki, debütant "Liverpul"un sabiq ulduzu Corcinio Viynaldumun keçidini nəzərdən keçirir.

Hazırda Səudiyyə Ərəbistanının "Əl-Ittifaq" klubunda çıxış edən və komandanın kapitanı olan 35 yaşlı niderlandlı yarımmüdafiəçi yenidən Avropaya dönməyə isti yanaşır.

İngiltərə təmsilçisinin rəhbərliyi təcrübəli oyunçu üçün 1 illik rəsmi müqavilə təklif etməyə hazırlaşır.

Seçilən
27
fanat.az

1Mənbələr