Bu gün Misli Premyer Liqasının 32-ci turunda “Sabah” “Neftçi”ni qəbul edib.
“İki sahil” yazır ki, qarşılaşmanın 3-cü dəqiqəsində Aleksey İsayev hesabı açıb. 9-cu dəqiqədə Andrey Ştoqrin bərabərlik qolunu vurub. 70-ci dəqiqədə isə İfeanyi Metyu “Neftçi”nin qələbə qolunu vurub – 1-2.
Bu qələbə ilə turnir cədvəlində 4-cü pilləni tutan “ağ-qaralar” UEFA Konfrans Liqasına vəsiqəni təmin edib.
Misli Premyer Liqası,
32-ci tur
17 may (bazar)
18:00. “Sabah” 1-2 “Neftçi”
Qollar: Aleksey İsayev, 3 (1:0), Andrey Ştoqrin, 9 (1:1), İfeanyi Metyu, 70 (2:1)
Baş Hakim: Kamal Umudlu,
“Bank Respublika Arena”
Məhərrəm Ağalaroğlu, “İki sahil”