AZ

“Zirə” avrokuboklardan kənarda qaldı

BAKI, 17 may. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində “Zirə” – “Sumqayıt” görüşü keçirilib.

Teleqraf xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Baş hakim Cavid Cəlilovun idarə etdiyi oyunun 19-cu dəqiqəsində Ruan Renato penaltidən hesabı açıb. 45-ci dəqiqədə isə Aleksandr Ramalinqom bərabərlik qolunu vurub. 90+8-ci dəqiqədə isə Ruan Renato növbəti dəfə penalti zərbəsini dqzgün yerinə yetirərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra Rəşad Sadıqovun komandası 51 xalla turnir cədvəlinin 5-ci, Saşa İliçin kollektivi isə 42 xalla 7-ci pillədə yer alıb.

Seçilən
14
2
teleqraf.com

3Mənbələr