AZ

İranda televiziya aparıcısı canlı yayımda silahdan atəş açdı − Video


İranın “Üfüq” televiziya kanalının aparıcısı canlı yayım zamanı atəş açıb. 
Yeniavaz.com
xəbər verir ki, görüntülər sosial şəbəkədə yayımlanıb.
Belə ki, efir zamanı aparıcı ilə atıcılıq təlimçisi arasında silahın dolu olub-olmaması ilə bağlı fikir ayrılığı baş verib. Bundan sonra atəş açılıb.
Politoloqların fikrincə, bu cür verilişlər İranda tez-tez ölkənin hərbi qüdrətini nümayiş etdirmək və gənclərdə vətənpərvərlik ruhu aşılamaq üçün istifadə olunur.
İran televiziya kanalları müntəzəm olaraq hərbçilərin iştirakı ilə verilişlər yayımlayır, tamaşaçılara atəş və digər döyüş təlimləri göstərilir.
Seçilən
32
yeniavaz.com

1Mənbələr