ain.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulub. Çempionluğu rəsmiləşdirmiş "Sabah" "Neftçi" ilə qarşılaşıb. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyun haqda fikirlərini bölüşüb:
"Hesab edirəm ki, kuboku da qazandıqdan sonra emosiyalarımızı tam qoyduqdan sonra bu matçda oynamaq asan deyildi. Lakin futbolçularım əllərindən gələni etdilər. Rəqibimiz son vaxtlar ən yaxşı formada olan komanda idi. Kifayət qədər oyun içərisində rəqiblə baş-başa mübarizə apardıq. Bu gün heç də bir-birindən çox fərqlənməyən 2 komanda izlədik. İndi də gedirik çempionluğumuzu qeyd etməyə. Hər kəsə təşəkkür edirəm".
Orxan Həsənquluyev
saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.