AZ

Teatr direktoru təcili əməliyyat olundu, Xankəndi səfəri təxirə salındı FOTO+ÖZƏL

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Uşaq və Gənclər Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan təcili əməliyyat olunub.

Moderator.az-a daxil olan məlumata görə direktor uzun müddətdir ürək problemi yaşayır və əməliyyat da ürəyində həyata keçirilib.Bu haqda xəbəri teatrın Ədəbi-dram hissə müdiri Leyla Həşimova saytımıza təsdiqləyib:

“Bilirsiniz ki, bu günlərdə Bakı Uşaq və Gənclər Teatrının 25 yaşı tamam oldu. İntiqam müəllim teatrda keçirilən yubiley tədbirində birtəhər iştirak etdi. Əslində həkimlər da onun tez bir zamanda əməliyyat olunmasını israr edirdilər. Şükürlər olsun ki, yubiley tədbirində İntiqam müəllim doğma kollektivinin, ailəsi adlandırdığı yaradıcı insanların başının üstündə oldu. Halbuki o günü anju olunmuşdu, xəstəxanadan buraxmırdılar. İltizamnamə imzalayıb çıxmışdı. May ayının 9-u teatrda yubileyi qeyd etdik. Daha sonra 11-12 may tarixlərində bölgələrdə (Ağdaş, Göyçay, Ucar) qastrol səfərlərində olduq. May ayının 14-də İntiqam müəllim açıq ürək əməliyyatı keçirdi. 3 damarını dəyişdilər. Bizim may ayının 18-də, yəni sabah Xankəndindəki Qarabağ universitetində “Addım-addım Vətəndə” layihəsinin növbəti qastrol səfəri baş tutacaqdı. Hətta icazə də almışdıq, portaldan da keçmişdik, yol tədarükü etmişdik. Əslində İntiqam müəllim istəyirdi ki, Xankəndiyə də gedib-gəlsin, sonra əməliyyat olunsun. Həkimlər razılaşmadılar, bunun riskli olduğunu bildirdilər. Buna görə təcili olaraq açıq ürək əməliyyat keçirdi. Ona görə də Xankəndindəki tədbir iyun ayına ertələndi” deyə teatrdan bildirilib.

İntiqam Soltan isə saytımıza açıqlamasında qısaca olaraq bunları bildirib:

“Ürəyimin üç damarını dəyişiblər. Həkimlər bu əməliyyatın riskli olduğunu bildirərək mənə xəbərdarlıq etmişdilər. Hətta yalnız bir damarı dəyişməyin mümkün olduğunu bildirmişdilər. Günü-günə satırdım, əməliyyata gecikmişdim. Ağrılarım çox idi. Şükürlər olsun ki, yavaş-yavaş yaxşılaşıram” deyə direktor bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
moderator.az

2Mənbələr