AZ

2025/2026 mövsümü Azərbaycan Premyer Liqasının çempionu olan “Sabah” qızıl medallarına qovuşdu

BAKI, 17 may. TELEQRAF

Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan “Sabah” komandası mükafatlandırılıb.

Teleqraf xəbər verir ki, çempiona qızıl medallar XXXII turda “Neftçi” ilə oyundan sonra (1:2) təqdim olunub.

Medalları AFFA prezidenti Rövşən Nəcəf, baş katib Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim ediblər.

Qeyd edək ki, “Sabah” həm də Azərbaycan Kubokunun qalibi olaraq 2025/2026 mövsümünü “qızıl dubl”la başa vurub.

Seçilən
68
teleqraf.com

1Mənbələr