2026-cı il mayın 16-da GSNP nümayəndə heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb.
Heyət səfərin ikinci günündə Şuşa, Xankəndi və Xocalıda olub. Şuşada nümayəndə heyətinə urbisid, kultursid, şəhərin bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib. Daha sonra heyət Xankəndidə Qarabağ Universitetinin Tibb və Sağlamlıq fakültəsi ilə tanış olub. Qonaqlar Xocalı Soyqırımı Memorial Kompleksini də ziyarət edib.