AZ

“Atletiko”ya bir qol bəs etdi

İspaniya La Liqasının 37-ci turunda Madridin “Atletiko” klubu öz meydanında “Jirona”nı qəbul edib.

90deqiqe.Az xəbər verir ki, “Metropolitano” stadionunda keçirilən qarşılaşmanı baş hakim Alejandro Munyis Ruis idarə edib.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu “Atletiko”nun hücumçusu Ademola Lukman 21-ci dəqiqədə vurub.

37 turdan sonra Madrid təmsilçisi 69 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Jirona” isə 40 xalla 17-ci sıradadır.

Növbəti turda “Jirona” mayın 23-də evdə “Elçe” ilə qarşılaşacaq. “Atletiko” isə bir gün sonra səfərdə “Vilyarreal”ın qonağı olacaq.

Seçilən
40
90deqiqe.az

1Mənbələr