AZ

Sərvətləri 1 milyardı ötdü

İngiltərə futbolunun əfsanəvi simalarından biri olan Devid Bekhem bu dəfə idmandakı uğurları ilə deyil, topladığı nəhəng sərvətlə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, Bekhem və həyat yoldaşı Viktoriya milyarderlər klubuna daxil olaraq, Britaniya idman tarixində diqqətçəkən rekorda imza atıblar.

“Sunday Times Rich List”in son hesabatına əsasən, cütlüyün ümumi sərvəti 1 milyard funt-sterlinqi keçərək təxminən, 1,185 milyard funt-sterlinqə çatıb. Bununla da Devid Bekhem Böyük Britaniyada milyarder statusuna çatan ilk idman xadimlərindən biri kimi tarixə düşüb.
 

2013-cü ildə peşəkar futbol karyerasını başa vuran Bekhem sonrakı illərdə biznes sahəsindəki uğurları ilə diqqət çəkib. Xüsusilə onun ABŞ təmsilçisi “İnter Mayami” ilə tərəfdaşlığı əsas gəlir mənbələrindən biri hesab olunur. Klubun bazar dəyərinin artıq milyardlarla dollar olduğu bildirilir.


Bekhemin gəlirlərində reklam müqavilələri və dünya brendləri ilə əməkdaşlıqlar da mühüm paya malikdir. Viktoriya Bekhem isə moda və kosmetika sahəsində qurduğu biznes imperiyası ilə ailənin sərvətinin artmasına böyük töhfə verib.

Bir vaxtlar məşhur “Spice Girls” qrupunun üzvü kimi tanınan Viktoriya Bekhem sonradan yaratdığı lüks moda brendi ilə biznes dünyasında da uğur qazanıb.

Britaniya mediası Bekhem ailəsinin maliyyə yüksəlişini “idman dünyasından biznes imperiyasına uzanan ən böyük uğur hekayələrindən biri” kimi qiymətləndirib.

Bizim.Media

Seçilən
11
3
bizim.media

4Mənbələr