AZ

​Yumurtanın bu faydasını çoxları bilmir

Aparılan yeni tədqiqatlar yumurtanın təkcə zəngin protein mənbəyi deyil, həm də beyin sağlamlığı üçün faydalı olduğunu ortaya qoyub. Mütəxəssislər bildirirlər ki, müntəzəm yumurta istehlakı alzheimer xəstəliyinə tutulma riskini azaldır. Metbuat.az xəbər verir ki, ABŞ-nin Loma Linda Universitetində aparılan genişmiqyaslı araşdırmada təxminən 40 min insan 15 il ərzində alimlərin müşahidəsi altında olub. Tədqiqat nəticələrinə görə, həftədə ən azı 5 dəfə yumurta yeyən 65 yaşdan yuxarı şəxslərdə alzheimer riski yumurta yeməyənlərlə müqayisədə təxminən 27 faiz daha aşağı olub. Araşdırmada daha az miqdarda yumurta istehlak edənlərdə də riskin müəyyən qədər azaldığı vurğulanıb. Ayda bir neçə dəfə yumurta yeyənlərdə riskin 17 faiz, həftədə 2-4 dəfə yeyənlərdə isə 20 faiz aşağı olduğu qeyd edilib. Alimlər bunu yumurtanın tərkibində olan kolin, omeqa-3 yağ turşuları və antioksidantlarla əlaqələndirirlər. Xüsusilə kolin maddəsinin yaddaş və sinir hüceyrələri arasındakı əlaqə üçün vacib rol oynadığı bildirilir. Lutein və zeaksantin kimi maddələrin də idrak funksiyalarını dəstəklədiyi qeyd olunur.

Mütəxəssislər yumurtanın sağlam qidalanma rejiminin bir hissəsi kimi faydalı olduğunu desələr də, balanslı və müxtəlif qidalanmanın vacibliyini xüsusi vurğulayırlar.

Seçilən
32
30
metbuat.az

10Mənbələr