AZ

Bu zənglər təhlükə mənbəyidir – XƏBƏRDARLIQ - VİDEO

Texnologiya dövrünün real təhlükəsi hesab olunan, kiberdələduzluq insanların virtual məkanda rahatlığına kölgə salır. Təyin olunmayan, virtual, xarici ölkə kodları ilə daxil olan zənglərə cavab vermək riskli hesab olunur.

 

Sakinlərin sözlərinə görə, onlara da belə nömrələrdən  zənglər daxil olub.

 

 Vətəndaşlar şübhəli zənglərə cavab verməyin şəxsi və bank hesabı məlumatlarının oğurlanması ilə nəticələnəcəyini düşünürlər.

 

 Məsələ ilə bağlı informasiya texnologiyaları üzrə ekspert Tariyel Ağazadə bildirdi ki, kiberdələduzlar istifadəçiləri manipulyasiya edərək strateji məlumatlar və ya maddi qazanc əldə etmək məqsədi ilə adətən "fishing" adlanan üsula əl atırlar.

 

 Həmçinin, bu tipli zənglər vasitəsilə  şəxsi məlumatlar qarşı tərəfə birbaşa ötürülməsə belə, sosial media hesabları üçün bu risk realdır.

 

Tariyel Ağazadə vətəndaşları tanımadıqları nömrələrdən gələn zənglərə cavab verməməyi və şəxsi və ya digər hesab məlumatlarını paylaşmamağı tövsiyyə edib.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Tarix: 18 May 2026, 00:02   
Seçilən
51
pravda.az

1Mənbələr