AZ

Pəhləvi Trampa İranda “sona qədər getməyə” çağırış edib

İran şahının oğlu ABŞ-ni mövqeyindən geri çəkilməməyə səsləyib, mövcud vəziyyəti “qaçırılmamalı fürsət” adlandırıb...

İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu və müxalif siyasi fiqur Reza Pahlavi ABŞ prezidenti Donald Trump administrasiyasını İrana münasibətdə sərt kursu davam etdirməyə çağırıb.

Poliqon xəbər verir ki, Pəhləvi bu barədə “Politico” nəşrinə müsahibəsində danışıb.

Pəhləvi bildirib ki, Vaşinqton qeyri-müəyyən siyasət yürütməməli və seçdiyi istiqamətdən geri çəkilməməlidir. Onun sözlərinə görə, İran xalqını ABŞ-nin ciddi niyyətinə inandırmaq üçün qətiyyət nümayiş etdirmək vacibdir.

“Eyni anda iki mövqedə dayanmaq olmaz. İnsanlara “biz sizi qeyri-müəyyən vəziyyətdə saxlayacağıq” mesajı vermək onları inandırmır. Seçilmiş kursa sadiq qalın və işi sona çatdırın”, – deyə o vurğulayıb.

Pəhləvi hazırkı vəziyyəti “yaralanmış heyvan” metaforası ilə təsvir edərək bunun əldən verilməməli fürsət olduğunu bildirib. O qeyd edib ki, İran cəmiyyətinin böyük hissəsi baş verənləri “azadlıq kampaniyası” kimi qəbul edir.

Müxalif siyasətçi vəziyyəti İkinci Dünya müharibəsi dövrü ilə müqayisə edib və belə deyib: “Özünüzü nasist işğalı altında yaşayan fransız kimi təsəvvür edin və müttəfiqlərin Normandiyaya çıxarma etdiyini düşünün”.

Pəhləvinin sözlərinə görə, İranda mümkün siyasi dəyişikliklər ABŞ iqtisadiyyatı üçün də ciddi dividendlər vəd edir. O iddia edib ki, yalnız ilk 10 il ərzində İranla ticarət və biznes əlaqələri hesabına ABŞ iqtisadiyyatına bir trilyon dollardan artıq iqtisadi effekt geri qayıda bilər.

Bununla yanaşı, o vurğulayıb ki, İran hakimiyyətinə alternativin kim olacağına xarici dövlətlər deyil, İran xalqı özü qərar verməlidir.

Müsahibə İran ətrafında gərginliyin davam etdiyi və ABŞ-də İran siyasəti ilə bağlı müzakirələrin yenidən intensivləşdiyi bir dövrdə diqqət çəkib.

Poliqon.info

Seçilən
111
poliqon.info

1Mənbələr