AZ

Paris 2024: Azərbaycan idmançılarının bugünkü proqramı

ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Futbolpress.az xəbər verir ki, bu gün Azərbaycanın 4 idmançısı və 1 komandası yarışacaq.

Günün ilk görüşündə avarçəkən Diana Dımçenko gücünü sınayacaq. Daha sonra triatlonda Rostislav Pevtsov mübarizəyə qoşulacaq.

Cüdoçu Elcan Hacıyev 90 kq-də yarışa başlayacaq. Badmintonçu Edi Reski Dviçayo isə qrup mərhələsində növbəti görüşünə çıxacaq.

Günün son yarışında 3×3 basketbol üzrə Azərbaycan yığması ABŞ ilə üz-üzə gələcək.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq. Azərbaycan hələlik bir qızıl medal qazanıb. Cüdoçu Hidayət Heydərov fəxri kürsünün yüksək pilləsinə qalxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
futbolpress.az

1Mənbələr