AZ

Yaxşı alçanı necə seçək? - Diqqət edilməli 7 məqam

Bazarlarda yay mövsümünün ən çox alınan meyvələrindən biri olan alça piştaxtaları bəzəsə də, hər alça eyni keyfiyyətdə olmur.

Metbuat.az xəbər verir ki, xaricdən parlaq və gözoxşayan görünən bəzi alçaların içi yumşaq, dadsız və ya xarab çıxır. Buna görə də alça alarkən bir neçə vacib nüansa diqqət etmək tövsiyə olunur.

Mütəxəssislərin sözlərinə görə, yaxşı alçanın rəngi canlı və təbii olmalıdır. Solğun, qaralmış və ya üzərində ləkələr olan məhsulların köhnə olma ehtimalı yüksəkdir. Eyni zamanda, alça əllə sıxıldıqda çox yumşaq hiss edilməməlidir. Həddindən artıq yumşaq olanlar artıq yetişmiş sayılır və tez xarab olur.Alarkən meyvənin üzərində çat, əzik və zədələrin olub-olmamasına da diqqət edilməlidir. Çünki bu cür alçalar həm dadını itirir, həm də qısa müddətdə çürüyür. Təzə alçanın özünəməxsus yüngül və təravətli qoxusu olur. Kəskin və turşumuş qoxu isə məhsulun keyfiyyətsiz olduğundan xəbər verir.

Bəzi alıcılar iri ölçülü alçaları seçsə də, mütəxəssislər orta və kiçik ölçülü alçaların daha dadlı və şirəli olduğunu bildirirlər. Həmçinin mövsümündə satılan məhsullara üstünlük vermək tövsiyə olunur. Çünki təbii şəraitdə yetişən alçalar daha faydalı hesab edilir.

Seçilən
53
metbuat.az

1Mənbələr