AZ

Köhnə paltaryuyan maşının illərlə işləməsi üçün NƏ EDƏK?

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Paltaryuyan maşının uzunömürlü olması üçün düzgün istifadə və vaxtında qulluq böyük əhəmiyyət daşıyır.

Milli.Az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, sadə qaydalara əməl etməklə hətta köhnə paltaryuyan maşınını da illərlə problemsiz işlətmək mümkündür.

Ən vacib məqamlardan biri maşının həddindən artıq yüklənməməsidir. Normadan artıq paltar yerləşdirilməsi mühərrikə və barabana əlavə yük salaraq cihazın tez sıradan çıxmasına səbəb ola bilər.

Bundan başqa, filtrin və su boşaldıcı hissələrin mütəmadi təmizlənməsi tövsiyə olunur. Çirk və tük yığıldıqda maşının işləmə keyfiyyəti azalır, hətta nasazlıqlar yarana bilər.

Mütəxəssislər ayda ən az bir dəfə boş rejimdə yüksək temperaturda yuma proqramı işlətməyi məsləhət görürlər. Bu üsul maşının içərisində yaranan qoxunun və kir qatının azalmasına kömək edir.

Keyfiyyətli yuyucu vasitələrdən istifadə etmək də vacib hesab olunur. Həddindən artıq toz və ya maye istifadə edilməsi cihazın daxili hissələrində qalığa səbəb ola bilər.

Elektrik gərginliyindəki dəyişikliklər də paltaryuyan maşınların sıradan çıxmasının əsas səbəblərindən biridir. Bu səbəbdən stabilizator istifadə etmək məsləhət görülür.

Əgər maşından qeyri-adi səs gəlirsə və ya işləməsində problem yaranırsa, vaxt itirmədən ustaya müraciət etmək tövsiyə olunur. Vaxtında aparılan kiçik təmir daha böyük nasazlıqların qarşısını ala bilər.

Hüseyn

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
107
1
news.milli.az

2Mənbələr