AZ

Tibb bacısı işləyirdi, bir gecədə həyatı dəyişdi FOTOLAR

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyəli aktrisa Merve Çandar təcili yardım tibb bacısı olmaqdan serial dünyasına uzanan maraqlı karyera hekayəsini paylaşıb. Hazırda "Kuruluş Orhan" serialında Dafne obrazını canlandıran aktrisa həyatının bir gecədə necə dəyişdiyini danışıb.Demokrat.az xəbər verir ki, əvvəllər təcili yarımda çalışan Mervenin sözlərinə görə, hər şey növbədə olarkən xəstə yaxını ilə qarşılaşması ilə başlayıb. Həmin şəxs tanınmış aktyor koçu olub və tibb bacısına aktyorluqla məşğul olmağı təklif edib. O ana qədər belə bir fikri olmayan Çandar bu təsadüfi təklifdən sonra sənətini dəyişmək qərarına gəlib.Tarixi layihələrdə rol almağın uşaqlıq arzusu olduğunu deyən gənc aktrisa "Muhteşem Yüzyıl" serialına baxarkən həmişə belə bir mühitdə olmağı xəyal etdiyini bildirib. Hazırkı roluna çox qısa müddətdə, hazırlıq vaxtı olmadan seçildiyini vurğulayan Çandar atçılıq təliminin olmasının ona böyük üstünlük qazandırdığını qeyd edib.Aktrisa həmçinin Çanakkalədən İstanbula gəlişindən, ilk vaxtlar böyük şəhərin onu qorxutmasından da bəhs edib. Aktyorluqla yanaşı şan dərsləri alan Merve Çandar boş vaxtlarında alpinizm və dalğıclıq kimi adrenalin dolu hobbilərlə məşğul olur.

İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
88
demokrat.az

1Mənbələr