AZ

“Dualarımız əsgərlərimiz və dövlətimiz üçün olacaq” - Daha 180 zəvvar Həcc ziyarətinə yola düşür FOTO

BAKI, 18 may. TELEQRAF

Bu gün Azərbaycandan növbəti zəvvar qrupları Həcc ziyarətinə yola düşür.

Teleqraf xəbər verir ki, hər təyyarədə 4 zəvvar qrupu olmaqla 180 nəfər Həcc ziyarətinə yola salınacaq.

İlk dəfə Həcc ziyarətinə yollanan Gövhər Babayeva bildirib ki, bu günü uzun illərdir arzulayıb:

“Çoxdan arzum idi. Allahdan xalqımıza, dövlətimizə əmin-amanlıq arzu edəcəyəm. Əsgərlərimiz üçün dua edəcəyəm. Allah arzusunda olan hər kəsə qismət etsin”.

Heybət Məmmədov isə ilk ziyarəti olduğu üçün həyəcanlı olduğunu deyib:

“İlk ziyarətim olduğu üçün çox həyəcanlıyam. Bu çox dərin və ali ziyarətdir. Allah hər birimizin ziyarətini qəbul etsin. Dualarımız xüsusi olaraq xalqımız və dövlətimiz üçündür. Arzumuz dünyada və ölkəmizdə sülhün bərqərar olmasıdır. İnşallah dualarımız da, ziyarətimiz də qəbul olar”.

Rəcəbova Vəsilə də Həcc ziyarətini böyük xoşbəxtlik adlandırıb:

“Allahın evini ziyarət etmək bizə nəsib olarsa, bundan böyük xoşbəxtlik ola bilməz. Özümü çox xoşbəxt və şanslı hesab edirəm. Allahdan ən gözəl arzularımız xalqımız və dövlətimiz üçündür. Dualarımızda şəhidlərimiz, qazilərimiz var. Allah xalqımıza, dövlətimizə əmin-amanlıq nəsib etsin”.

Xanım Muxtarova isə bildirib ki, Həcc səfəri insanı Allaha daha da yaxınlaşdırır:

“Allaha daha yaxın olmağa gedirik. Allah arzusunda olan hər kəsə qismət etsin. Dualarımız xalqımız və ailəmiz üçündür. Vətənimiz üçün sülh və əmin-amanlıq arzu edirik. Övladlarımız güclü və təhlükəsiz dövlətdə böyüsünlər”.

Seçilən
99
teleqraf.com

1Mənbələr