AZ

Ətir şousuna açıq-saçıq libası ilə damğa vurdu

Məşhur amerikalı aktrisa və müğənni Sabrina Karpenter Los-Ancelesdə "Dior 2027" kruiz kolleksiyasının nümayişinə cəsarətli geyimdə qatılıb.

Publika.az xəbər verir ki, tədbirdən çəkilən görüntüləri "Page Six" nəşri yayımlayıb.

26 yaşlı məşhur gecəyə bədənini göstərən, solğun sarı rəngli, qabarıq və şəffaf donda gəlib. Geyimə xüsusi forma verən detallar isə omba nahiyəsində yerləşən iri sarı və ağ güllər olub. Şifon parçadan tikilən donun altından ulduzun krujevalı büstqalter və alt paltarı görünüb.

Karpenter əlində dekorativ gülü olan kiçik sarı çanta tutub. O, ayaqqabı olaraq isə geyiminə uyğun eyni tonda, hündürdaban sandalet seçib.

Seçilən
13
publika.az

1Mənbələr