AZ

FT: Qlobal enerji böhranı yeni mərhələyə qədəm qoyur

Bakı, 18 may, AZƏRTAC

Yaxın Şərqdəki vəziyyətin yaratdığı qlobal enerji böhranı yay mövsümündən əvvəl yeni mərhələyə daxil olur.

AZƏRTAC xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, enerji böhranının yeni mərhələsinin yaxınlaşması ilə əlaqədar təxminən 80 ölkə iqtisadiyyatlarını qorumaq üçün təcili tədbirlər görüb.

Qeyd olunur ki, “Şimal yarımkürəsində yayın əvvəlində kondisionerlərdən istifadə və istirahət səfərlərinə tələbatın artması, qlobal ehtiyatların artıq rekord səviyyədə azalması fonunda xam neft, benzin, dizel və reaktiv yanacaq təchizatına əlavə təzyiq göstərəcək”.

Seçilən
55
1
azertag.az

2Mənbələr