AZ

Hantaviruslu gəmi ilə bağlə qərar verildi

Hantavirus aşkarlanan "MV Hondius" kruiz gəmisinin mayın 18-də Rotterdam limanına çatması planlaşdırılır.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Niderland hakimiyyəti gəmini dezinfeksiya etmək üçün tədbirlər, eləcə də göyərtədə qalan 25 heyət üzvü və iki tibb işçisi üçün karantin şərtləri hazırlayır.

Bəzi xarici heyət üzvləri üçün artıq xüsusi karantin müəssisələri də hazırlanıb. Lakin, onların tövsiyə olunan 42 günlük təcrid müddətini orada keçirib-keçirməyəcəkləri hələlik məlum deyil.

Seçilən
68
publika.az

1Mənbələr