AZ

Yaponiyada ayı turistə hücum etdi

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Tokionun qərbindəki Okutama yaşayış məntəqəsi yaxınlığında dağlıq ərazidə ayı rusiyalı turistə hücum edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı kişi əlindən və üzündən yaralansa da, ayının cəngindən qurtula bilib.

Hətta təcili tibbi yardıma özü xəbər verib. Helikopterlə xəstəxanaya çatdırılan turist ciddi xəsarətlər almasına baxmayaraq, həkimlərin sayəsində sağ qalıb.

Qeyd edək ki, son aylar Yaponiyada ayıların insanlara hücum faktları çoxalıb. Mütəxəssislər bunu onların cütləşmə dövrü ilə əlaqədar aqressivləşmələri ilə izah edirlər.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
60
525.az

1Mənbələr