"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsidir) 2026-cı ilin iyun ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 30 mart 2026-cı ildən bəri ilk dəfə troya unsiyası üçün 4500 dollardan aşağı düşüb.
Publika.az xəbər verir ki, bu barədə ticarət platformasından bildirilib.
Saat 05:02-yə olan məlumata əsasən, qızılın qiyməti 1,43% azalaraq 1 troy unsiyası üçün 4496,7 dollara düşüb.