AZ

Hindistan BƏƏ-dəki "Bərəkə" AES-ə edilən hücumu pisləyib

Hindistan BƏƏ-dəki "Bərəkə" AES-ə edilən hücumu pisləyib

Hindistan hakimiyyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Bərəkə" (Barakah) atom elektrik stansiyasının ərazisinə pilotsuz uçuş aparatı (PUA) ilə edilən hücumla bağlı ciddi narahatlığını ifadə edib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyi xüsusi bəyanat yayaraq bu cür hərəkətlərin qəbulolunmaz olduğunu bəyan edib.

Nazirliyin rəsmi açıqlamasında deyilir:

"Hindistan BƏƏ-dəki 'Bərəkə' AES-i hədəf alan hücumdan dərindən narahatdır. Bu cür hərəkətlər qəbulolunmazdır və təhlükəli gərginliyə yol açır. Biz tərəfləri qətiyyətlə təmkinli olmağa, dialoq və diplomatiya yoluna qayıtmağa çağırırıq".

Xatırladaq ki, Əbu-Dabi əmirliyinin rəsmilərinin verdiyi məlumata görə, PUA zərbəsi nəticəsində atom elektrik stansiyasının daxili perimetrindən kənarda yanğın baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb və ərazidə radiasiya fonu norma daxilindədir. Alovların stansiyanın təhlükəsizliyinə hər hansı təsir göstərmədiyi, bütün sistemlərin və enerji bloklarının ştat rejimində fəaliyyətini davam etdirdiyi bildirilir.

Seçilən
37
afn.az

1Mənbələr