Azərbaycanın gülçə atıcısı İslam Əjdərov Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Azərbaycan Atıcılıq Feederasiyasından "Cebheinfo.az"a verilən məlumata görə, 18 yaşadək idmançıların mübarizəsində oğlanlar arasında dairəvi stend üzrə solo yarışlarda mübarizə aparan təmsilçimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Yarış boyunca yüksək dəqiqlik və peşəkarlıq nümayiş etdirən İslam Əjdərov yarımfinal mərhələsində Macarıstan idmançısı Nimrod Peli ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışların yekununda idmançımız çempionatı bürünc medalla başa vurub.
"Cebheinfo.az"