AZ

Çində güclü zəlzələ

Çinin Quansi-Çjuan muxtar rayonunda 5,2 maqnitudalı zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə "Nanfang ribao" qəzeti məlumat yayıb.

Bildirilib ki, təkanlardan sonra 7 mindən çox insan təxliyə edilib. Üç nəfər isə itkin düşmüş hesab olunur.

Məlumata görə, ən azı 13 yaşayış evinə ciddi ziyan dəyib. Dörd nəfər xəstəxanaya yerləşdirilib. Fövqəladə hallar xidmətləri ərazidə axtarış-xilasetmə əməliyyatları həyata keçirir.

Seçilən
23
5
publika.az

10Mənbələr