AZ

Rövşən Nəcəf: "Sabah"ı ürəkdən təbrik edirəm” - FOTO

"Azərbaycan Prmyer Liqasının 2025/2026 mövsümünün qalibi olan "Sabah" Futbol Klubuna yüksək mükafatları təqdim etdik".

Sportinfo.az xəbər verir ki, bunu AFFA prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkə hesabında yazıb.

"Bir daha mövsüm boyunca yüksək peşəkarlıq, əzmkarlıq nümayiş etdirən, azarkeşlərini məzmunlu oyunlar və inamlı qələbələrlə sevindirən "Sabah" klubunu ürəkdən təbrik edirəm", - paylaşımda qeyd olunub.

R. Nəcəf bu il Azərbaycan çempionatında yüksək nəticələr göstərərək ölkəni avrokuboklarda təmsil etmək hüququ qazanan bütün klublara qarşıdakı yarışlarda parlaq qələbələr arzulayıb.

Seçilən
38
8
sportinfo.az

10Mənbələr