AZ

Bu gün WUF tarixində ilk dəfə Liderlər Sammiti baş tutacaq

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ikinci günü işinə başlayıb.

Bu gün WUF tarixində ilk dəfə Liderlər Sammiti baş tutacaq.

Bundan başqa, forumun ikinci günündə rəsmi açılışın mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransında qlobal mənzil böhranı, təhlükəsiz və dayanıqlı şəhərlərin inkişafı, urbanizasiya siyasətləri və şəhər dayanıqlığının gücləndirilməsi istiqamətində prioritet məsələlərin müzakirəsi nəzərdə tutulur.

Gün ərzində Assambleyaların Birgə Bağlanış Mərasimi, Afrika regionu nazirlər görüşü və MINURVI-nin - Latın Amerikası və Karib Hövzəsi üzrə Mənzil və Urbanizasiya Nazirləri və Yüksək Səviyyəli Rəsmilər Forumunun sessiyası da keçiriləcək.

Xatırladaq ki, mayın 22-dək davam edəcək forumda 182 ölkədən 40 mindən artıq iştirakçı qeydiyyatdan keçib.

Seçilən
12
16
anspress.com

10Mənbələr