AZ

Nəriman Axundzadənin klubu baş məşqçini istefaya göndərdi

BAKI, 18 may. TELEQRAF

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi ABŞ-nin "Kolambus Kryu" klubu baş məşqçisi Henrik Ridströmlə yollarını ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Təəssüf ki, imkanlardan lazımi dərəcədə yararlana bilmədik və Klubumuzun həmçinin azarkeşlərimizin layiq olduğu nəticələri qazanmadıq. Çempionluqlar uğrunda davamlı mübarizə aparmaq üçün heyətimizdə yetərincə istedadlı oyunçuların olduğuna əminik. Hesab edirik ki, bu dəyişiklik cari mövsümdə qalan matçların sayını nəzərə alaraq, bizi həmin məqsədə çatdıracaq ən doğru addımdır”- deyə, Baş menecer İssa Tall açıqlama verib.

50 yaşlı mütəxəssin əvəzinə Loran Kurtua müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edəcək.

Qeyd edək ki, Henrik Ridström bu vəzifəyə 2026-cı il yanvarın 1-di təyin olunmuşdu.

Seçilən
31
1
teleqraf.com

2Mənbələr