AZ

Ekspert: Rusiya NATO ilə münaqişə istəmir

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Alman eksperti və keçmiş Beynəlxalq Sülh Bürosunun həmsədri Rayner Braun bildirib ki, Rusiya “NATO ilə müharibə istəmir” və Moskva ilə dialoqdan imtina etmək fəlakətli nəticələrə səbəb ola bilər.

Bizimyol.info xəbər verir ki, bu brədə Braun "Berliner Zeitung" qəzetinə verdiyi müsahibədə bildirib.

"Mənim təəssüratım belədir ki, Rusiya tamamilə əmin şəkildə NATO ilə müharibə istəmir. Tarixi, mənəvi, siyasi və iqtisadi baxımdan belə fərziyyələr sadəcə absurddur", - deyə o qeyd edib.

“Rusiya tərəfi keçmişdə olduğu kimi Avropa ilə münasibətlərin normallaşmasında maraqlıdır və bunun üçün kompromislərə hazırdır”, - deyə o əlavə edib. Braunın sözlərinə görə, “növbəti addımı indi Qərb atmalıdır”.

Ekspert həmçinin vurğulayıb ki, Rusiyayla münasibətlərin yaxşılaşdırılması Baltikyanı ölkələrin də maraqlarına uyğundur: "Avropa İttifaqı özünü Baltik ölkələrinə asılı qoymamalıdır, o, maraqlarını özü müəyyən etməlidir. Avropanın əsas strateji marağı həmişə olduğu kimi Rusiyayla ağıllı münasibətləri qorumaqdır", - deyə bildirib.

Rusiya ilə münasibətləri şərh edən Braun bildirib ki, o “məhdudlaşdırma siyasətinin tərəfdarı deyil”, amma “bəlkə də yeni Harmel doktrinası dialoqun bərpası üçün bir yol ola bilər”. O, əlavə edib ki, “danışıqlardan imtina fəlakətli nəticələrə gətirib çıxaracaq”.

Harmel doktrinası NATO-nun strateji konsepsiyası olub, Soyuq Müharibənin son dövründə SSRİ və Varşava Paktı ölkələrinə qarşı Qərbin siyasətini müəyyən edib. 1967-ci ilin dekabrında Belçikanın xarici işlər naziri Pyer Harmel tərəfindən hazırlanmış və Qərbin ikişaxəli yanaşmasını ortaya qoymuşdu: Qərbin təhlükəsizliyini yalnız hərbi güclə təmin etmək mümkün deyil.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
bizimyol.info

1Mənbələr