AZ

Çində güclü zəlzələ: Ondan çox bina uçdu, ölənlər var - VİDEO

Çin Xalq Respublikasının cənubunda yerləşən Quansi-Çjuan muxtar rayonunda 5.2 maqnitudalı zəlzələ nəticəsində ən azı iki nəfər həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
 

Lyuçjou şəhər dairəsinin Lyunan rayonunda qeydə alınan seysmik aktivlik səbəbindən 13 yaşayış binası uçub. Zəlzələdən sonra 7 000-dən artıq sakin təhlükəsiz ərazilərə köçürülüb. Dörd nəfər xəstəxanaya yerləşdirilib.


Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

Bu yeraltı təkanlar sözügedən bölgədə son beş il ərzində baş verən ən güclü seysmik hadisə olub.

Qeyd edək ki, Lyuçjou şəhərində 4 milyondan çox əhali yaşayır.


Bizim.Media

Seçilən
9
2
bizim.media

3Mənbələr