AZ

61 ildən sonra çempion oldular

BAKI, 18 may. TELEQRAF

"LASK Linz" Avstriya Bundesliqasında tarixi çempionluğa imza atıb.

Teleqraf xəbər verir ki, səfərdə "Austria Vien" üzərində 3:0 hesablı inamlı qələbə qazanan Linz təmsilçisi mövsümü zirvədə başa vuraraq ölkə çempionu olub.

Qonaq komandanın qələbə qollarını 38-ci dəqiqədə Xavier Mbuyamba, 49-cu dəqiqədə penaltidən Samuel Adeniran və 76-cı dəqiqədə Melayro Bogarde vurub.

Bu nəticə ilə xal ehtiyatını 39-a yüksəldən "LASK Linz" ən yaxın izləyicisi "Şturm Qraz" üzərində üstünlüyünü qoruyaraq çempionluğu rəsmiləşdirib.

Beləliklə, Linz klubu 1965-ci ildən sonra ilk dəfə Avstriya çempionu adını qazanaraq 60 illik həsrətə son qoyub.

Seçilən
14
teleqraf.com

1Mənbələr