AZ

Silahla oynamaq istəyən şəxs dostunuÖLDÜRDÜ

ABŞ-nin Pensilvaniya ştatında yeniyetmələr arasında baş verən faciəli hadisə ölüm ilə nəticələnib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, evdə təşkil olunan şənlik zamanı 14 yaşlı yeniyetmə təsadüfən yaşıdı olan qıza atəş açıb. Hadisə zamanı evdə iki oğlan və iki qız olmaqla ümumilikdə dörd yeniyetmə olub.

Bildirilir ki, yeniyetmələrdən biri qızın anasına məxsus olan və şkafda saxlanılan dolu tapançanı götürərək onunla oynamağa başlayıb. Bu zaman məktəbli təsadüfən tətiyə basıb.

Açılan atəş nəticəsində güllə 14 yaşlı qızın baş nahiyəsinə dəyib. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən yeniyetmə polis tərəfindən saxlanılıb və ona qarşı ittiham irəli sürülüb.

NURİYYƏ

Seçilən
7
1
redaktor.az

2Mənbələr