“Ümumdünya Şəhərsalma Forumu kimi platformalar vacibdir, müxtəlif milli və yerli kontekstlərə uyğunlaşdırıla bilən praktik həllər müəyyən etməyə imkan yaradır”.
Redaktor.az xəbər verir ki, bu fikir BMT-nin Məskunlaşma Assambleyasının Prezidenti Nqa Kor Minq WUF13 çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransındakı çıxışında bildirdi.
“Urbanizasiya cəmiyyətləri görünməmiş sürətlə dəyişdirməyə davam edir. Şəhərlər iqtisadi imkanlar, innovasiya və mədəni mübadilə yaratsa da, eyni zamanda mənzil təzyiqləri, iqlim problemləri, sosial bərabərsizliklər və ictimai xidmətlərə artan tələblərlə üz-üzədir”.
Aytəkin TOFİQQIZI