AZ

Pediatr uşaqlar arasında yayılan virusdan danışdı: Panikaya düşməyin!

“Qusan uşağa zorla yemək verməyə çalışmayın, yenə də qaytaracaq”.

Azreform.info xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. O, uşaqlar arasında yayılan mədə-bağırsa virusları ilə bağlı valideynlərə bir neçə tövsiyyə verib.

“Qoyun,  mədəsi boş qalsın. Divarı virus ilə zədələnmiş mədə-bağırsaq həzm edə bilmir. İlk növbədə aclıq olmalıdır. Sonra isə 5 gün ən azı pəhriz. “Heç nə yemirdi, sosiska verdim” deyirlər. Olmaz. 

Turş meyvələr, qatıq, şor, bulyon, ət, yumurta olmaz. Bunları yesə, ya qaytaracaq, ya da qarın ağrısı və ya ürəkbulanma davam edəcək. İshal üçün uşaqlara “immodium” verməyin. İstənilən probiotiki özbaşına da verə bilərsiniz. 

“Tetraskilin”, “levomisetin” vermək olmaz. İshal düzəlsə də, qarın ağrısı davam edə bilər. Bu, sizi qorxutmasın. Pəhrizə davam edin, bir həftəyə keçəcək. Virusun qarşısını almaq üçün sistem köçürülə bilməz. Əlamətlər baş verəndə  - yəni qusma, ishal çox olarsa, sistem lazımdır. Tənəfüss yollarının virus xəstəliyində burun axması, öskürək olduğu kimi mədə-bağırsaq virusunda da qusma və ishal olur və bu, normaldır. İstənilən uşağa suyu az-az və tez-tez verin. Mədə dolduğunu hiss etsə, rahatlamaq üçün onu bayıra atacaq. Az içilən maye isə ağızdan da sovrula bilir. 

Panikaya düşməyin, dəzə virus yayılmayıb. Elə həmişə olan rotavirus, norovirus və mədə-bağırsaq viruslarıdır”. 

Mütəxəssis uşaqlarla bağlıvalideynlərə qidalanma tövsiyəsi də verib:

“Qusma-ishal olan uşaqlar banan, kartof, düyü, qarabaşaq, armud, “sport” peçenye yeyə bilər”.

Billurə Yunus
 

Seçilən
45
5
azreform.info

6Mənbələr