Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, tərəflər arasında ilkin razılıq əldə olunub. “Fənərbaxça” rəsmiləri Ertan Torunoğulları və Ömər Topbaşın İngiltərə klubundan müsbət cavab aldığı təsdiqlənib. “Liverpul” rəhbərliyi 32 yaşlı futbolçunun Türkiyədə oynamasına razılıq verib. Qeyd edək ki, şotland əsilli futbolçu bu mövsüm bütün turnirlərdə “Liverpul” forması ilə 35 oyunda meydana çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalının məlumatına əsasən, futbolçunun hazırkı bazar dəyəri 10 milyon avro civarındadır.