AZ

Adam "heç nə" satdı, 18 min dollar qazandı

İtaliyalı rəssam Salvatore Garau sənət dünyasında uzun müddət müzakirə olunan qeyri-adi hadisəyə imza atıb.

Ölkə.az xəbər verir ki, o, fiziki olaraq mövcud olmayan və “Io Sono” (“Mən varam”) adını verdiyi görünməz heykəlini təxminən 18 min dollara satıb.

Əsər hərracda təxminən 15 min avroya alıcı tapıb.

Maraqlı məqam isə alıcının ortada nümayiş etdiriləcək bir heykəl deyil, yalnız imzalanmış orijinallıq sertifikatı və əsərin necə sərgilənəcəyinə dair təlimatlar alması olub. Bildirilib ki, heykəl təxminən 150x150 santimetrlik boş bir sahədə “sərgilənməlidir”.

Rəssam Salvatore Garau isə əsərini müdafiə edərək boşluğun əslində enerji ilə dolu olduğunu və görünməyən şeylərin də mövcud ola biləcəyini bildirib. 

Həmidə İbrahimova

Seçilən
32
1
olke.az

2Mənbələr