AZ

Bərdədə canavarlar fərdi təsərrüfata hücum edib, 50-yə heyvan tələf olub

BƏRDƏ, 18 may. TELEQRAF

Bərdə rayonunda canavarlar fərdi təsərrüfata hücum edib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Murad Mustafayevə məxsus təsərrüfata canavarların hücumu nəticəsində təxminən 50-yə yaxın xırdabuynuzlu heyvan tələf olub.

Baş verən hadisə kənd sakinləri arasında narahatlıq yaradıb. Sakinlər ərazidə vəhşi heyvanların sayının artdığını bildirirlər.

Hadisə ilə bağlı aidiyyəti qurumların araşdırma apardığı deyilir.

Seçilən
43
3
teleqraf.com

4Mənbələr