ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyəli məşhur aktyor İsmail Demirci uzun fasilədən sonra yenidən ekranlara qayıdır. Karyerası ərzində bir çox reytinqli layihələrdə rol alan sənətçinin yeni iş ünvanı artıq bəllidir.Demokrat.az xəbər verir ki, tanınmış aktyor TRT1 telekanalında nümayiş olunan və böyük maraqla izlənilən "Mehmed: Fetihler Sultanı" tarixi serialının heyətinə daxil olub. O, ekran işində Gedik Əhməd Paşa obrazını canlandıracaq.Qeyd edək ki, 41 yaşlı İsmail Demirci tamaşaçılara "Kurtlar Vadisi Pusu" serialından yaxşı tanışdır. Aktyor həmçinin "Reaksiyon", "Muhteşem Yüzyıl: Kösem", "Çarpışma", "Kuzey Yıldızı: İlk Aşk", "İyilik", "Yasak Elma", "Ben Bu Cihana Sığmazam" və "Kral Kaybederse" kimi məşhur ekran işlərində müxtəlif yaddaqalan rollar ifa edib.İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.