44 günlük müharibə nəticəsində Ermənistan tərəfdən 3 833 nəfər həlak olub.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan parlamentinin sədri Alen Simonyan belə deyib.
“Bunlar təsdiq edilmiş rəqəmlərdir, cinayət işləri başlanılıb”, - deyə o qeyd edib.
O, həmçinin itkin düşənlərin təxmini sayının təxminən 160 nəfər olduğunu bildirib.
Simonyan müxalifəti həlak olanların sayını süni şəkildə şişirtməkdə ittiham edib.
“Niyə qurbanların hesabına siyasi dividendlər qazanmağa çalışırsınız?”, - deyə spiker sual edib.