AZ

Yermak həbsdən çıxa bilər: 140 milyon ödədi

Prezident ofisinin keçmiş rəhbəri Andrey Ermakın həbsdən çıxması üçün tələb olunan girov tam şəkildə ödənilib.

Sitat.info xəbər verir ki, bu barədə Ukraynanın Antikorrupsiya Məhkəməsi məlumat yayıb. 

Məlumata görə, ümumi məbləğ 140 milyon qrivna (təxminən 3,1 milyon dollar) olsa da, toplanan vəsait bu rəqəmi də keçib.
Jurnalistlərin yazdığına görə, vəsait 200-ə yaxın fərqli ödənişlə yığılıb, hətta bəzi ianələr 1 qəpik səviyyəsində olub.
Ümumi toplanan məbləğin 154 milyon qrivnadan (təxminən 3,5 milyon dollar) çox olduğu bildirilir.
Yermak korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə rəsmi olaraq suçlanıb.
14 mayda məhkəmə onun 60 gün həbsdə saxlanılması və girovla azad olunması qərarını verib.
Girov gecikdiyi üçün o, artıq 4 gecə təcridxanada qalıb.

Tehran,

Sitat.info 

Seçilən
18
sitat.info

1Mənbələr