AZ

Conatan Riki: "Mənzil - üzərində imkanların qurulduğu fundamental hüquqdur"

Uqanda Azərbaycan hökumətinə və BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) iştirakçılarına göstərilən səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

"Report" xəbər verir ki, bu barədə Uqanda nümayəndəsi Conatan Riki Bakıda WUF13 çərçivəsində assambleyaların birgə bağlanış sessiyasında deyib.

Onun sözlərinə görə, gənclər eşidilmək imkanına böyük əhəmiyyət verir:

"Lakin getdikcə gənclər yalnız öz aralarında ünsiyyət qurmaqdan yorulurlar. Çox vaxt gənclər üçün nəzərdə tutulan məkanlar zallarda həvəslə çıxış edən fəal gənclərlə dolu olur. Gənclərə sadəcə yeni məkanlar deyil, liderlərin, merlərin, nazirlərin və hakimiyyət qurumlarının nümayəndələrinin gənclərlə qarşılıqlı əlaqədə olacağı, onları dinləyəcəyi və birgə qərarlar işləyib hazırlayacağı ortaq platformalar lazımdır. Əgər gələcək uşaqlara və gənclərə məxsusdursa, o zaman liderlər də gələcəyin danışdığı yerə gəlməlidirlər".

C.Riki bildirib ki, "Bizim evimiz, bizim gələcəyimiz: yaşamaq üçün yararlı şəhərlər naminə uşaqlara yönəlmiş həllər və gənclərin fəaliyyəti" mövzusunda müzakirələr zamanı iştirakçılar uşaqlar və gənclərin müxtəlif kateqoriyaları təmsil etdiyi qənatinə gəliblər:

"Ona görə də uşaqlar və gənclər vahid qrup kimi nəzərdən keçirilə bilməz. Mənzil və şəhər inkişafı sahəsində ehtiyaclarımız yaşa, cinsə, imkanlara, dini etiqada, sosial-iqtisadi vəziyyətə və həyat təcrübəsinə görə fərqlənir. Mənzil sadəcə dörd divar deyil, imkanların, inklüzivliyin, ləyaqətin, sağlamlığın, təhsilin, təhlükəsizliyin və ümidin üzərində qurulduğu fundamental hüquqdur".

Uqanda nümayəndəsi həmçinin uşaqların və gənclərin şəhər planlaşdırmasında, mənzil siyasətində və şəhərlərin idarə edilməsində iştirakının zəruriliyini vurğulayıb:

"Bu, qərarlar qəbul edildikdən sonra məsləhətləşmələrlə məhdudlaşmamalıdır. Gənclərin iştirakı - işlənib hazırlamadan reallardırmaya qədər - liderlik prosesinin özünə daxil edilməlidir".

"Cebheinfo.az"

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr