AZ

Niyə ehtiyacımız olmayan şeyləri də alırıq?

Sosial şəbəkələr insanların alış-veriş vərdişlərini ciddi şəkildə dəyişib. Əvvəllər insanlar nəsə almaq üçün real ehtiyaclarını düşünürdülər. 

İndi isə çox vaxt ehtiyac yaranmadan əvvəl qərar verirlər.

"Cebheinfo.az"-ın araşdırmasına əsasən, bunun əsas səbəbi sosial şəbəkələrdə gördükləri reklamlar və paylaşımlardır. İnsanlar "Instagram" və ya "TikTok"-a daxil olanda, qarşısına müxtəlif məhsullar çıxır. Bu məhsullar qısa videolarla, rəngli görüntülərlə və cəlbedici sözlərlə təqdim olunur. 

Məsələn, bir istifadəçi sadəcə makiyaj videosuna baxır. Amma həmin videoda istifadə olunan krem onun diqqətini çəkir. O, əvvəlcə bunu almağı düşünmürdüsə, artıq onda həmin məhsulu almaq istəyi yaranır.

Bundan əlavə, sosial şəbəkələrdə influenserlərin təsiri də güclüdür. İnsanlar onları tanımasa da, onlara inanırlar. Əgər influenser bir məhsulu istifadə edib yaxşıdır deyirsə, çox insan buna inanır. Araşdırmalara görə, insanların bir çoxu influenserlərin dediyi məhsula baxır və onu almaq istəyir. Bu da çox vaxt real alışa çevrilir.

Digər səbəb sosial şəbəkələrin işləmə qaydasıdır. Bir dəfə bir məhsula baxan adamın qarşısına həmin məhsula oxşar reklamlar tez-tez çıxır. Məsələn, ayaqqabı videosuna baxan birinə sonra çoxlu ayaqqabı reklamı göstərilir. Bu da insanda maraq yaradır və onu almağa yaxınlaşdırır.

Sosial şəbəkələr insan hisslərinə də təsir edir. Reklamlarda tez-tez özünü sevindir, sən buna layiqsən kimi sözlər olur. Bu sözlər insanı düşünmədən alış-veriş etməyə aparır. Xüsusilə gənclər arasında belə vərdişlər daha çox olur. 

Çünki onlar başqalarının nə aldığını və nə istifadə etdiyini çox izləyir. Bu da insanı planlaşdırmadan alış-veriş etməyə aparır və lazım olmayan şeylərin alınmasına səbəb olur.

Ümumilikdə sosial şəbəkələr insanların alış-veriş düşüncəsini dəyişir və onları daha çox məhsul almağa yönləndirir. Orada gördüklərimiz bəzən bizə lazım kimi görünür, amma əslində elə olmur. 

İnsanlar çox vaxt reklamların təsiri ilə qərar verir. Bu da lazımsız alış-verişə və artıq xərclərə gətirib çıxarır. 

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr